Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp dolların bahalaşmasına qarşıdır

Tarix: 12-06-2017 23:31     Baxış: 1443 A- / A+
Tramp dolların bahalaşmasına qarşıdır

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi iclasında uçot dərəcəsini artırması ehtimalının yüksək olmasına baxmayaraq, dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.

Manevr.az "report"-a istinadən xəbər verir ki, dolların düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir. Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib.

O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətinə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.

Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir. D.Bortvikin sözlərinə görə, Tramp dolların məzənnəsinə və ya indeksinə baxıb narahat olmur. Onun üçün önəmli olan ucuz dolların Amerika malları üçün rəqabət qabiliyyətliliyini artırmasıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar