Xəbər lenti
Mozambikdən İlham Əliyevə məktub...
Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Hörmətli cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Mozambik Respublikasının xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Cənab Prezident, bu əlamətdar bayramla əlaqədar xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və həmrəylik münasibətlərini bir daha vurğulamaq, habelə BMT və digər beynəlxalq forumlar çərçivəsində əlaqələrimizi möhkəmlətmək üçün Sizinlə işləməyə tam hazır olduğumu bir daha bəyan edirəm.
Fürsətdən istifadə edib, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına tərəqqi və firavanlıq arzularımı bildirirəm.
Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin", - təbrikdə qeyd edilir.axar.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar