Xəbər lenti
Rövnəq Abdullayev Prosineçkini istefaya göndərir

Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər.
Bu barədə xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında bildirib.
O, Türkiyə “Bursaspor”unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib. Prosineçki AFFA rəhbərliyi ilə görüşündən sonra gələcək addımını müəyyənləşdirəcəyini söyləyib: “2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm”.
Prosineçki Şimali İrlandiya yığmasına Bakıda 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərlə arasında yaşanan insident barədə də danışıb: “Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi “Bursaspor”la bağlı sual verdilər. Onlar məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. Bu, birinci sual idi. Sonrakı iki sual da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm”.
Qeyd edək ki, Robert Prosineçki mətbuat konfransında “Bursaspor” variantı barədə jurnalistlərin davamlı suallarından sonra qarşısındakı stəkanı qırıb. 6 turdan sonra 7 xala malik Azərbaycan millisi C qrupunda 4-cü pillədə qərarlaşıb.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar