Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Annalena Berbok ilə görüşüb

Tarix: 11-06-2024 18:05     Baxış: 3185 A- / A+

11 iyun 2024-cü il tarixində nazir Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük önəm verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar