Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, TNS-nin yaydığı məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizədliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Ali Məclisə seçkilərdən sonra Vasif Talıbovun boş qalan vəzifəsinə də seçki olmalıdır.
Saytın iddiasına görə, bu posta ən çox adıçəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyini alarsa, bu vəzifəni tuta bilər. İxtisasca jurnalist olsa da, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracağını demək çətindir.
Fotoda: Ülvi Hüseynli