Xəbər lenti
Azərbaycan da bu problemin həlli üçün bir platforma yaratmaq istəyindədir - Deputat
"Ölkəmizin qoşulmama hərəkatına 4 il rəhbərlik etməsi və bu hərəkatda körpü rolunu oynamasında qazandığı təcrübə 2024-cü il noyabrın 24-də Bakıda COP29-un keçirilməsində də mühüm rol oynayacaqdır".
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Azərbaycanda keçiriləcək COP29 zamanı qlobal Cənub və Qərb iqlim dəyişikliyi problemi və problemin həlli yolları, bu prosesdə iştirak etmək və birgə addımlamaq məslələri, ortaq məsuliyyəti gücləndirmək və eyni zamanda iqlim dəyişikliyi ilə bağlı yaranmış müəyyən inamsızlığı azaltmağın yolları kimi mühüm məsələlər müzakirə ediləcəkdir.
"Neft qiymətnin yüksəlməsi fonunda yarana biləcək problemlərin öhdəsindən gələ bilmək üçün neft hasil edən ölkələr problemin həlli üçün daha çox töhfə verməlidi və həmrəylik nümayiş etdirməlidir.
Müasir dünyanı daha çox narahat edən məsələldən ən mühümü isə təbii ki, iqlim dəyişikliyinin özü ilə bərabər gətirdiyi təbii fəlakətlərdir. Məhz bu təbii fəlakətlə nəticəsində yaşıl dünyamız böyük təhlükə ilə üz-üzədir. Təbii ki, əgər bu tədbirdə yaşıl dünyaya doğru və cəsarətli, eyni zamanda konkret addımlar ata bilsək bu bütün dünyanın gələcəyi üçün ən vacib miras olacaqdır",- deputat vurğylayıb.
M.Məmmədlinin fikrincə iqlim fəlakətinə görə məsuliyyəti kiçik inkişaf etməkdə olan və ya inkişaf etmiş böyük dövlətlər arasında bölüşdürmək və günahlandırmaq doğru deyil.
Millət vəkili bildirib ki, bu problem müasir dünyamızda artıq hər bir dövlətin, millətin, hər kəsin problemidir və Azərbaycan da bu problemin həlli üçün bir platforma yaratmaq istəyindədir.
Deputat həmçinin, qeyd edib ki, 2024-cü il noyabrında Bakıda keçiriləcək COP29 zamanı bu vacib məsələlərin müzakirəsi üçün tam təhlükəsiz və rahat bir mühit olacaqdır.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar