Xəbər lenti
İran -Azərbaycan dostluğu bölgənin sabitliyi və təhlükəsizliyinin təmin edilməsi üçün vacib amildir - Deputat
"Prezident İlham Əliyevin cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışı ilə bağlı çıxışı iki ölkə arasında dostluğun növbəti təzahürü olaraq tarixi əhəmiyyətə malikdir. Bu layihələr yalnız Azərbaycan və İranın mühəndislik səriştəsini deyil, həm də ortaq əməkdaşlığın nə qədər güclü olduğunu sübut edir".
Bunu Manevr.az-ın əməkdaşına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, İki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələri qədim tarixdən gələn dərin köklərə sahibdir və bu gün ən yüksək səviyyəyə çatıb. Gələcəkdə bu münasibətlərin daha da möhkəmlənəcəyinə, qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığın yeni imkanlar yaradacağına əminik:
"Prezident İlham Əliyevin vurğuladığı kimi, İran-Azərbaycan dostluğu, bölgənin sabitliyi və təhlükəsizliyinin təmin edilməsi üçün vacib bir amildir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, yükdaşımaların artması və nəqliyyat infrastrukturunun modernləşdirilməsi bu əlaqələrin konkret nəticələridir. Bu, yalnız Azərbaycan və İran üçün deyil, daha geniş bir coğrafiya üçün də böyük əhəmiyyət daşıyır. Gələcəkdə də bu birliyin və əməkdaşlığın davam etməsi, hər iki ölkənin ortaq maraqlarını gücləndirəcək və bölgənin inkişafına töhfə verəcək",- siyasətçi qeyd edib.
Natəvan Qocayeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar