Xəbər lenti
Müşfiq Məmmədli: "Azərbaycan və Belarus arasındakı münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir"
Azərbaycan və Belarus arasındakı əlaqələr ən yüksək səviyyədədir və dinamik inkişaf edir. Bildiyimiz kimi hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də iki dövlət arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib:
"Azərbaycan ilə Belarus arasında diplomatik əməkdaşlığın əsası 1993-cü il iyunun 11-də qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərdə səmimilik, etibarlılıq və dostluq formalaşıb. 2004-cü ildən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası yaradılıb.
Qeyd etmək lazımdır ki, 2006-cı ildə Belarus-Azərbaycan münasibətlərində mühüm hadisə baş verib. Belə ki, Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb. Bununla da hər iki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə qarşılıqlı maraqları öz təsdiqini tapıb. Hazırda iki ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu münasibətlərdə aktivlik müşahidə olunur. Qarşıda duran vəzifələr və rəsmi səfərlər müsbət göstəricilərlə də diqqət çəkir. Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və bu dövlətlər beynəlxalq arenada bir-birlərini səmimi və ciddi şəkildə dəstəkləyirlər. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun münasibətlərin bu səviyyədə inkişaf etməsində böyük xidmətləri vardır. Qarşılıqlı inam və etibara söykənən münasibətlər sarsılmazdır", M.Məmmədli vurğuladı.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar