Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Azərbaycanın Slovakiya ilə siyasi əlaqələri hərbi-texniki əməkdaşlıq üçün də yol açmışdır"

Tarix: 12-05-2024 15:44     Baxış: 4273 A- / A+
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə bağlı 7 May tarixində verdiyi bəyanat iki ölkə arasında münasibətlərin daha da dərinləşdiyini göstərir. Prezident Əliyev bu səfəri "Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün" kimi qiymətləndirərək strateji tərəfdaşlıq haqqında imzalanan Birgə Bəyannamənin iki ölkənin münasibətlərini ən yüksək səviyyəyə qaldıran ciddi siyasi sənəd olduğunu bildirmişdir. 

Bu fikirləri Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
 "Bu Bəyannamə gələcək əməkdaşlığın perspektivlərini müəyyən edərək, iki dövlətin niyyətini əks etdirir. Azərbaycanın Slovakiya ilə siyasi əlaqələri yüksək səviyyədə olub, müdafiə və müdafiə sənayesi sahələrində imzalanan sənədlər, hərbi-texniki əməkdaşlıq sahəsində birgə istehsal sahələrinin yaradılması üçün konkret danışıqların başlamasına yol açmışdır. Azərbaycanın Slovakiyaya təbii qaz ixrac etmək imkanları, "Həmrəylik Halqası" sənədinə əsaslanaraq daha da genişlənib.

 Bu, Avropa İttifaqı ilə imzalanan qaz və enerji sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin icrasını gücləndirir və Azərbaycanın Avropa məkanına təbii qazın etibarlı yollarla nəqlini artırır. Azərbaycanda qaz hasilatının artması və yeni yataqların kəşfi ölkənin enerji sektorundakı potensialınl artırmaqla yanaşı, genişmiqyaslı yaşıl enerji təşəbbüsləri ilə bərpaolunan enerji mənbələrinin inkişafına imkan verir. Bu, qazdan qənaət edərək Avropa üçün əlavə təchizat mənbəyi yaradacaq. Slovakiyalı şirkətlərin azad edilmiş torpaqlarda xüsusilə Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında fəaliyyətləri iki ölkə arasında münasibətlərin səmimiliyini və strateji dərinliyini göstərir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında aparılan işlər, həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyır.
Slovakiya və Azərbaycan arasında qurulan əməkdaşlıq və strateji tərəfdaşlıq hər iki ölkənin qlobal arenada mövqeyini daha da gücləndirir. İnanırıq ki, bu tərəfdaşlıq davamlı olaraq inkişaf edəcək", deputat qeyd edib. 

Natəvan Qocayeva
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar