Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Tarix: 12-05-2024 12:30     Baxış: 3177 A- / A+


   
Azərbaycanın Vərziqan bölgəsində yerləşən və türklərə məxsus “Süngün” mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır.
Manevr.az xəbər verir ki, bunu Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib.
“Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə xammalı TIR-lara yükləyib Kirman əyalətinə daşıyırlar”, - millət vəkili bildirib.
Onun sözlərinə görə, qanunla “Süngün” mis mədənindən əldə edilən gəlirin 10 faizi Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməlidir,ancaq buna əməl olunmur:
“Mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməlidir, amma dövlət büdcəsindən əyalətə 2 trilyon tümən (30 milyon dollar) ayrılır. Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə “Süngün” mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür".
Qeyd edək ki, “Süngün” Yaxın Şərqin ən böyük mis mədənidir.axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar