Mümkündür ki, Almatıda əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq. İndiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib, nazirlər də son düzəliş və əlavələrin edilmiş variantı üzərində dayanacaqlar. Mirzoyanın açıqlaması isə İrəvanın görüşdə sənədin imzalanmasını istədiyini deməyə əsas verir.
- Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi - Zəngəzur dəhlizinin açılmasıdır: Bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır, Əliyev də sonuncu çıxışında bunu vurğuladı, lakin Paşinyan "10 noyabr razılaşmasının artıq qüvvədə" olmadığını deyərək, bundan növbəti dəfə imtina etdi;
- İrəvan üçün Bakının "öhdəliyi" sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır: erməni nazir də "ödhəliklərimiz" dedikdə əslində Azərbaycanın "öhdəliyini" nəzərdə tutur;
Bu o deməkdir ki, İrəvan Almatı görüşündə "sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi" qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Və Almatıda imzalanmasını istədiyi sənədlə Alma-Ata bəyannaməsini yeniləməyi planlaşdırır. Hərçənd, Bakının maraqları baxımından bunun mümkün olacağı sual altındadır.
Xəbər lenti
İrəvan bu gün Bakı ilə hansı sənədi imzalamaq istəyir?
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü nəticədən asılı olmayaraq, yeni formatın, daha dəqiq desək, ikitərəfli formatın fərqli formada reallaşmasıdır. Və bu görüşün presedent yarada biləcəyi də istisna edilməməlidir: tərəflər üçüncü ölkədən platforma kimi istifadə edir və üçüncü tərəf olmadan müzakirələr aparır; bu kontekstdə Qərb ölkələri, yaxud Rusiya bundan sonra prosesdə iştirakda israr edərsə, onların iştirakçı yox, platforma olması irəli sürülə bilər.
Astanada gözlənilən görüşün məhz Almatı şəhərində keçirilməsi isə maraqlı detaldır. Şəhər seçiminin Qazaxıstanın təklifi olduğu deyilir, hərçənd, Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır. Və "Alma-Ata bəyannaməsini Almatı görüşündə yenidən sənədləşdirməkmi istəyirlər" sualını ön plana çıxarır.
Ermənistanın planının bu olduğu və görüşdə məhz "Alma-Ata bəyannaməsinin sərhədin delimitasiyası üçün əsas sənəd kimi qəbuluna çalışacağı" aydın görünür. Ararat Mirzoyan macarıstanlı həmkarı ilə görüşdə bildirib ki, "Almatı danışıqları zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsbit etmək imkanının olacağına inanırıq".
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar