Xəbər lenti
Azərbaycan işğaldakı 8 kəndi necə qaytaracaq?
Onun sözlərinə görə, Paşinyanın daim sovet dövründən qalan sərhədlərin bərpası ilə bağlı israrlı tələbi məhz delimitasiya prosesinin uzadılmasına yönəlib:
"Alma-Ata Bəyannaməsində postsovet ölkələrinin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı müddəa olsa da, rəsmi sənəddə həmin ölkələr arasında sərhəd əraziləri müəyyən edən xəritələr əks olunmayıb.
Bu baxımdan Azərbaycanın Ermənistanla sərhəd ərazilərin müəyyən olunması ilə bağlı təklifi daha məqbuldur. Rəsmi Bakı təklif edir ki, iki ölkə arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyası müxtəlif dövrlərin xəritələri əsasında aparılsın.
Artıq Paşinyan bu məsələnin Alma-Ata Bəyannaməsinə uyğun həll olunmasının qeyri-mümkünlüyünü anlayıb. Ona görə də o, müxtəlif bəhanələr gətirməklə prosesi ləngidir. Ermənistanın beynəlxalq ictimaiyyətə özünün sülhün tərəfdarı olduğunu göstərməsinə baxmayaraq, İrəvanın bu günə qədər davranışları faktiki olaraq onun sülhün əldə olunmasında maraqlı olmadığını görsədir".
Politoloq qeyd edib k, Nikol Paşinyanın prosesi uzatmaq cəhdləri Azərbaycanı addımlar atmağa sövq edəcək:
"İlk növbədə bu onunla nəticələnəcək ki, sülh sazişi imzalanmayacaq. Bu da regionda gərginliyin davam etməsinə şərait yaradacaq. Bunun fonunda Azərbaycan işğal altında olan səkkiz kənd - anklav olan və anklav olmayan kəndlərin azad olunması istiqamətində müvafiq addımlar atacaq. Beynəlxalq hüquq bizə buna imkan verir.
Bunun ardınca, Azərbaycan birtərəfli şəkildə Ermənistanla olan sərhədlərini möhkəmləndirəcək, eyni zamanda sərhəd xətlərini müəyyənləşdirəcək
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar