Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Azərbaycanla bağlı bu məsələni gizlədir

Tarix: 12-04-2024 11:11     Baxış: 4146 A- / A+

Paşinyan antirusiya siyasətinin Qərblə münasibətlərdə kömək etmədiyini anlayıb.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.
Onun sözlərinə görə, bu, hazırkı hakimiyyətin siyasətinin iflasa uğradığını, elan etdikləri "qırmızı xətlərin" çoxdan yaşıl rəngə boyandığını deməyə əsas verir.
Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən ekspert qeyd edib ki, bu, əvvəldən axıra kimi Ermənistan hakimiyyətinin siyasətinin uğursuzluğunun dolayı etirafına bənzəyir:

"Əsl" və "tarixi" Ermənistan haqqında əfsanələr danışmaq əvəzinə, bu suala cavab vermək daha yaxşıdır: məndə etibarlı məlumat var ki, erməni tərəfi təklif mübadiləsi prosesində daim Ermənistan SSR-in sərhədlərinin bərpasında israrlıdır. Lakin Bakıdan cavab gəlir ki, Azərbaycanla Ermənistan arasında "yeni sərhədlər" təsdiq edilməlidir. İndi desin ki, onun siyasəti niyə bu nəticəyə gətirib çıxarıb".
Paşinyan daim sovet dövründən qalan sərhədlərin bərpasından danışır, lakin ikinci hissəni - Azərbaycanın Ermənistanla "yeni sərhədlər"in yaradılmasında israrlı olduğunu gizlədir.
Ekspert Paşinyanın parlamentdə hökumət saatı zamanı çıxışının şübhəli, qəribə, məntiqsiz və təhlükəli olduğunu bildirib:
"Paşinyanın mülahizələrində saxtakarlıq özünü büruzə verir. Bir halda o, KTMT sülhməramlılarının bu strukturun Ermənistanın ərazi bütövlüyünü tanımadığı üçün dəvət edilmədiyini bildirir, digərində isə deyir ki, onların ölkəmizdə yerləşdirilməsinə icazə verilməyib. Razılaşın ki, bu iki izahat məntiqi zəncirin həlqələrini birləşdirmir. İki fərqli səbəb eyni imtinaya bəraət qazandıra bilməz".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar