Xəbər lenti
Paşinyan istefa verəcək? - Məşhur astroloqdan proqnoz

Son günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verəcəyi iddia olunur.
Bu barədə məlumatları erməni mətbuatı yazıb. Mətbuat iddia edir ki, Paşinyan yaxın zamanda istefa verməyə məcbur qala bilər. Bəziləri bunun təzyiq nəticəsində atılacaq addım olacağını söyləsə də, bəziləri növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Paşinyanın istefa verəcəyini ehtimal edirlər.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı məşhur astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya danışıb.

Onun proqnozuna əsasən, Nikol Paşinyan yaxın zamanlarda istefa verməyəcək:
“Mən cari ilin əvvəllində də demişdim ki, Nikol Paşinyan fevralın bəlli dövrünü keçsə, hakimiyyətdə qalacaq. Həmin proqnozumda dediyim kritik mərhələ artıq geridə qalıb. Hesablamalarıma görə, Paşinyan üçün 2024-cü ildəki böhran dövrü martın ilk həftəsinə qədər idi. Sonrakı dövrdə istər daxili, istərsə xarici təsir onun məcburi şəkildə hakimiyyətdən getməsinə rəvac verməyəcək”.
Astroloq erməni mətbuatında Paşinyanın istefa verəcəyi və Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlərin tirajlanmasına da münasibət bildirib. O, Ermənistanda yaxın perspektivdə növbədənkənar parlament seçkilərinin keçirilməsinin proqnozlaşdırılmadığını söyləyib:
“Erməni mətbuatı hər zaman Paşinyanın istefa verməsi ilə bağlı xəbər yaza bilər. Amma 2024-cü ildə Paşinyanın istefa verəcəyi gözlənilmir. O, istefa verməyəcəyinə görə, deməli, növbədənkənar parlament seçkiləri də olmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar