Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN: Makron odla oynayır

Tarix: 09-04-2024 10:37     Baxış: 4133 A- / A+
Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.
Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
Fransa liderinin müvafiq bəyanatlarını şərh edən diplomat bildirib ki, belə sözlər narahatlıq doğurmaya bilməz. Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər.
“Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”.
Bundan əvvəl Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb.
Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.“report” 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar