Sizin Reklam Burada
Xəbər lenti
29-09-2025
28-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan hökuməti Zurabişviliyə icazə vermədi

Tarix: 04-04-2024 19:52     Baxış: 4217 A- / A+

Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Litvaya işgüzar səfərinə icazə verməyib.
Manevr.az apa-ya istinadən bildirir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib.
"Gürcüstan Prezidentinin aprelin 10-dan 12-dək Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri rədd edilsin", - sənəddə deyilir.Qeyd edək ki, Prezidentin "Gürcü Arzusu" partiyasının iqtidarda olduğu hökumətlə münasibətləri Ukraynada müharibə başladıqdan sonra ən aşağı həddə çatıb. Prezident Zurabişvili hökuməti Kiyevə yetərincə dəstək vermədiyinə, Moskva ilə yaxınlaşmasına və ölkənin Avropaya inteqrasiyası istiqamətində zəif səylərə görə tənqid edir. Hökumət isə Prezidentin xarici səfərlərini əngəlləməyə başlayıb və bunu Prezidentin verdiyi bəyanatlarla ölkəyə zərər vurması ilə əlaqələndirir.
Prezident Salome Zurabişvili artıq bir neçə dəfə şəxsi vəsaiti hesabına Avropaya ezamiyyətə gedib.
Bir il əvvəl də Zurabişvili hökumətin icazəsi olmadan Litvaya və digər Baltikyanı ölkələrə səfər edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar