Xəbər lenti
“Azərbaycan-NATO münasibətləri ciddi və etimadlı əsaslara söykənir” – Millət vəkili
“NATO ilə Azərbaycan arasında əməkdaşlıq hər zaman yüksələn xətt üzrə inkişaf edib. Bəzi Avropa qurumlarından fərqli olaraq NATO Azərbaycanın bölgədəki yerini, rolunu, potensialını düzgün qiymətləndirib. İstər beynəlxalq terrorizmlə mübarizədə, istərsə müxtəlif məsələlərdə əməkdaşlıq hər iki tərəf üçün faydalı olub. Bu baxımdan, Azərbaycan-NATO münasibətləri ciddi və etimadlı əsaslara söykənir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatına fkirlərini bölüşərkən söyləyib.
Millət vəkili bildirib ki, son 30 ildə istər NATO rəhbərlərinin Azərbaycana səfərində, istərsə də, bu nüfuzlu hərbi blokda keçirilən görüşlərdə hər zaman Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müzakirə mövzusu olub: “Cənab Prezident mətbuata bəyanatında xatırlatdı ki, “Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”. Bu uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsi idi. Ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin nümunəsidir. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib”.
Azərbaycanın NATO-ya üzv olan ölkələr üçün enerji təchizatı baxımından önəmli ölkə olduğunu vurğulayan deputat A.Məmmədov bu sırada qaz təchizatının xüsusi payı olduğunu bildirib: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir”.
NATO Baş katibinin Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcəi ilə bağlı qeydlərinə münasibət bildirən millət vəkili, beynəlxalq təşdirlərin yüksək səviyyədə təşkilində Azərbaycanın artıq təcrübəsinin formalaşdığını söyləyib: “NATO Baş katibi də bu yöndə Azərbaycanın potensilaına diqqət çəkdi. Azərbaycan Prezidenti NATO Baş katibini də COP29-a dəvət edib. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün müsbət dinamika gətirəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar