Xəbər lenti
Ordumuz Ermənistanın bu bölgəsinə daxil olur – Tavuşda gərginlik
Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər İrəvan siyasi elitası və ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib ki, bu gedişlə Ermənistan parçalanmasa belə, onun ətrafındakı halqanın daraldığını görəcəyik. Tavuş kəndlərinin təslim edilməsindən sonra Ermənistanın sərhədləri ilə bağlı vəziyyət daha da çətinləşəcək.
4 kəndin Azərbaycana geri qaytarılmasının ardınca yeni hərbi münaqişə gözlənilir?
Manevr.az-ın xəbərinə görə, Globalinfp.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, Ermənistan 8 kəndin hamısını qaytarmaq məcburiyyətindədir:
“Bu kəndlərin qaytarılması Ermənistana ciddi problemlər yaradacaq. Çünki həm İrana, həm də Gürcüstana gedən mühüm magistrallar həmin ərazilərdən keçir. Kəndlər geri qaytarılarsa, orada ordumuzun hissələri, sərhədçilərimiz yerləşəcək və ermənilər Azərbaycandan icazə alıb gediş-gəlişi təmin etmək məcburiyyətində olacaqlar. Lakin sadalanan hallar müharibəyə səbəb olmamalıdır. Rəsmi İrəvan özünü normal qonşu kimi aparsa, yeni eskalasiya riski gözlənilməyəcək. Azərbaycanın hərbi əməliyyat aparmaq fikri yoxdur. Amma torpaqlarımız geri qaytarılmasa, hərbi əməliyyatdan başqa yol yoxdur. Bunu görən Baş nazir Nikol Paşinyan əl-ayağa düşüb və torpaqların qaytarılması istiqamətində çıxışlar etməyə başlayıb. Ermənilər əgər həmişə “uzaqgörən” olsa idilər, bütün prosesləri danışıqlar yolu ilə nizama salmaq mümkün olar, məsələlər İrəvan üçün daha əlverişli şərtlərlə yekunlaşardı. Lakin bunu eşitmək istəmədilər və nəticə də onlar üçün qat-qat ağır oldu
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar