Rusiyada keçirilən prezident seçkilərinin qalibi heç şübhəsiz Kreml rəhbəri olacaq.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" nəşrində dərc olunan məqalədə bildirilib.
Nəşr Vladimir Putinin yeni səlahiyyətlərinin Rusiyaya nə gətirəcəyi ilə bağlı 5 ssenari hazırlayıb. Ssenarilər Rusiyada növbəti prezident seçkilərinin keçirilməli olduğu 2030-cu ilə qədər olan dövrü əhatə edir:
Xəbər lenti
Yeni dövr: Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
1. Demokratiyanın yüksəlişi. Müharibə və pisləşən iqtisadi vəziyyət fonunda hakimiyyətdən narazılıq 1989-cu ildəki Şərqi Avropada antikommunist "məxməri inqilablar" kimi hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Bunun baş vermə ehtimalı təxminən 5-10% təşkil edir.
2. Rusiyanın dağılması. Başlanğıc birinci ssenaridəki kimidir, lakin demokratiyaya keçid əvəzinə, etnomilli zəmində münaqişələr başlayır. Ölkə 1917-21-ci il vətəndaş müharibəsindəki kimi xaos və zorakılıq dalğasına bürünür, yaxud SSRİ-nin dağılması zamanı lokal müharibələrdəki kimi olur. Bu ssenarinin baş vermə ehtimalı 10-15% təşkil edir.
3. Millətçi çevriliş. Putin tərəfindən bəslənən, lakin Ukraynadakı uğursuzluqdan məyus olan sağçı qüvvələr Yevgeni Priqojinin 2023-cü ilin iyununda və QKÇP-nin 1991-ci ilin avqustunda edə bilmədiyini edir. Kütləvi xalq üsyanı əvəzinə, nisbətən kiçik bir qrup sui-qəsdçi dövlət çevrilişi edib, demək olar ki, döyüşmədən hakimiyyəti öz əllərinə alır. Ssenarinin baş vermə ehtimalı 15-20% təşkil edir.
4. Texnokratik yenilənmə. SSRİ-də Nikita Xruşşovun devrilməsi nümunəsi ilə Putinin "yumşaq" şəkildə kənarlaşdırılması təşkil edilə bilər. Hakim rejim mahiyyət etibarı ilə indiki kimi qalır, lakin Putinin özü vəzifədən uzaqlaşdırılır, yerinə başqa bir fiqur gətirilir. Bu texnokratlar rejimi çox güman ki, Qərbə güzəştə gedəcək və müharibənin bütün günahını birbaşa Putinin üzərinə atacaq. Ssenarinin baş vermə ehtimalı 20-25% təşkil edir.
5. Əbədi Putin. Qəfil ölümə səbəb ola biləcək mümkün sağlamlıq problemlərindən başqa, bu gün Putinin hakimiyyətinə real təhlükə yoxdur. Demokratik müxalifəti və sağdakı potensial üsyançıları məhv edən 71 yaşlı Putinin 2030-cu ilə qədər sağ qalmaq şansı çox yüksəkdir. Bu ssenarinin baş vermə ehtimalı 45-50% təşkil edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar