Xəbər lenti
Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur
Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi.
Dövlətimizin başçısı çıxışında qonaqları və Baş nazir Edi Ramanı salamladı. Bu tədbirdə bizimlə birlikdə olduğunuza görə sizə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.
Mən, həmçinin xanım komissar Simsona da növbəti dəfə ölkəmizə səfər etdiyinə görə minnətdarlığımı ifadə etmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və xanım Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Burada, “Gülüstan” sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır.
Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.
Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir.
Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır.
Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq.
Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.
Biz hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
Sonuncu məsələ, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Bununla da çıxışımı burada bitirirəm. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm.
Natiq Rəfiyev

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar