Xəbər lenti
Sülhməramlılar bu vaxt çıxarılır: Rusiya Azərbaycanla razılaşdı

Manevr.az-ın xəbərinə görə, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycan iradəsi burada əsas götürülməlidir:
“Bu iradəni də Azərbaycan vaxtı gələndə ortaya qoyacaq. Əsas məsələ Azərbaycanın yürütdüyü siyasətlə bağlıdır. Rusiya tərəfindən də bu siyasətin anlaşılması vacibdir”.

“Bu istiqamətdə bütün parametrlərlə münasibətlərin fərqli formada inkişafına nail olmaq mümkündür. Təbii ki, bu həm də Rusiyanın faydasına olacaq prosesdir. Ümumilikdə isə bölgə dövlətlərinin də faydalanacağı inteqrasiyadan söhbət gedir”.
Fazil Mustafa hesab edir ki, Türk Dövlətləri Təşkilatı istiqamətində Azərbaycanın Rusiya tərəfindən dəstəklənməsi digər dövlətlərə olan münasibətlərdən fərqlənir:
“Burada Ermənistana olan mövqe diqqətdən yayına bilməz. Çünki böyük dövlətlərlə davranış kodeksini bilən ölkələr daha az çətinliklərlə qarşılaşırlar. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ifadələrində də Cənubi Qafqazda yaranmış yeni bir reallıqda əsas söz sahibinin Azərbaycan olması açıq qeyd olunur. Rusiya da Azərbaycanla hesablaşdığını ifadə etməyə səy göstərir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar