Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvandan verilən müharibə bəyanatının səbəbi nədir?

Tarix: 05-03-2024 20:11     Baxış: 3135 A- / A+
Son günlər Ermənistan tərəfindən səsləndirilən bəyanatlarda müharibə və revanş elementləri nəzərə çarpır.
Maraqlıdır ki, paraleldə bu cür bəyanatlar Qərb mediasında da dövriyyəyə buraxılır.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Novruzov deyib ki, Ermənistanın regional siyasəti, o cümlədən Azərbaycanla münasibətlərdə ortaya qoyduğu mövqe Qərb ölkələrinin, o cümlədən Fransanın təsirlərinin, təzyiqlərinin və təhriklərinin nəticəsidir:
“Belə ki, Qərb Ermənistanı silahlandırmaqla həm də öz “sifarişlərini” verir. Qərb və Ermənistan mediasında Cənubi Qafqazla bağlı oxşar səpkili materialların dərc olunması da bunu göstərir. Birmənalı şəkildə deyə bilərik ki, Qərb öz məqsədləri naminə Ermənistandakı mövcud hakimiyyətdən istifadə edir. Biz bu ssenarini Yaxın Şərqdə, Şərqi Avropada da görməkdəyik. Qərb əvvəlcə “arı yuvasına çomaq soxur”, sonra da geri çəkilir.
Müharibə ilə bağlı iddialar ilk növbədə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı neqativ imic yaratmağa hesablanıb. İkincisi, Qərb bu yolla regional sülh prosesinə zərbə vurur, süni gərginlik yaradır.
Ermənistan və Qərb rəsmilərinin qapalı görüşlərində İrəvana verilən “məxfi” məlumatların, guya kəşfiyyat informasiyalarının birbaşa Paşinyan hakimiyyətinin “beyninin yuyulmasına” hesablanması mümkündür. Yəni Qərb Ermənistan hakimiyyətində elə rəy yaradır ki, guya Azərbaycan sülh istəmir. Beləliklə, İrəvan sülh yolundan kənara çıxarılır.
Bu tendensiya, əlbəttə, Ermənistanın ziyanınadır və region üçün yaxşı nəsə vəd etmir”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar