Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müxalifətdə payız qurultayına hazırlıq

Tarix: 30-08-2016 09:26     Baxış: 2484 A- / A+
Müxalifətdə payız qurultayına hazırlıq


Demokratik düşərgə təmsilçiləri gələcək planlarından danışdılar

Artıq bir müddət sonra yay mövsümü və məzuniyyətlər başa çatır. Bu baxımdan, ictimai və siyasi sferada da canlanmanın olacağı gözlənilir. Bəs siyasi partiyalar payız üçün fəaliyyət planlarını müəyyən ediblərmi?


Partiya funksionerləri “Yeni Müsavat”a gələcək aylarda hansı işləri görəcəklərini bildiriblər.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, partiya fəaliyyət istiqamətlərinə uyğun olaraq öz işini davam etdirir: “Hər həftə partiyanın İdarə Heyətinin toplantısı keçirilir. Yəni partiya müvafiq olaraq özünün siyasi fəaliyyəti ilə məşğuldur. Rayon şöbələrimizdə də həmçinin toplantılar keçirilir. ”Siyasi partiyalar haqqında" Qanunda nə göstərilirsə ona uyğun da fəaliyyət istiqamətimizi qurmuşuq. Keçiriləcək referendumla bağlı isə partiyanın mövqeyi bəllidir. Belə ki, partiya bu referendumda iştirak etmir. Qarşıdakı proseslərə uyğun olaraq da müzakirələr aparıb, qərarlar qəbul edib, icra edəcəyik".

ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, partiya qurultay keçirməyi planlaşdırır: “Ölkədə elə bir antidemokratik mühit formalaşdırılıb ki, müxalif siyasi partiyaların normal fəaliyyəti üçün minimal şərtlər belə ortadan qalxıb. Belə bir şəraitdə müxalif siyasi partiyaların hər hansı bir dövr üçün fəaliyyət planı hazırlaması çətin məsələdir. İndiki ağır şərtlər altında müxalif siyasi partiyalar ancaq özlərinin strukturlarını qoruyub saxlamaq istiqamətində çalışa bilər. Biz də bu istiqamətdə çalışırıq və qarşıdan gələn referendumdan sonra partiyanın növbəti qurultayının keçirilməsini planlaşdırırıq. Payız aylarında iş planımız bundan ibarətdir”.

AG Partiyanın lideri Tural Abbaslı isə bildirib ki, payız aylarında daha çox partiyanın formalaşması istiqamətində işlər görəcəklər: “Partiya olaraq yenidən formalaşırıq. AG partiyanın qurultayından sonra istər təşkilati, texniki, istərsə də siyasi əlaqələrlə bağlı demək olar ki, yenidən formalaşma prosesindəyik. Bu baxımdan, yay aylarında olduğu kimi payızın da ilk aylarında təşkilati məsələləri qaydasına qoymağa çalışacağıq. Bura həmçinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və xarici dövlətlərin səfirlikləri ilə əlaqələrin qurulması, onlarla bu və ya digər formada ünsiyyətin formalaşdırılması da daxildir. Bütün bunlar standart fəaliyyət planımızdır ki, ilkin mərhələdə bu partiyanın prioritetləridir. Ancaq burada hakimiyyətin də atacağı addımlar önəmlidir. Məsələn, heç kimin gözləmədiyi halda konstitusiya seçkiləri keçirilməsi artıq partiyaların planlarını pozdu və onlar bu istiqamətdə fəaliyyət göstərməyə başladılar. Hakimiyyətin ata biləcəyi addımlarla bağlı bəzi analiz və məlumatlarımız var. Yəqin ki, zamanla o informasiyalar özlərini doğruldarsa, bu istiqamətdə də partiya olaraq addımlar atacağıq. Yəni deyərdim ki, fəaliyyət 50 faiz öz planlarımızdan asılıdırsa, bir o qədər də hakimiyyətin yaradacağı siyasi situasiya ilə bağlıdır. Hansı ki, partiya olaraq çevik bir partiya olmaq niyyətindəyik. Əminəm ki, Azərbaycanın siyasi səhnəsində yaxın zamanlarda bizim fəaliyyətimiz özünü tam gücü ilə göstərəcək”.

Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli də bildirib ki, partiya qurultaya hazırlaşır: “Payız aylarında əsasən rayon təşkilatlarında konfranslar keçirəcəyik. İlin sonunda isə VHP-nin növbəti qurultayı keçiriləcək. Demək olar ki, payızda əsas planlarımız qurultaya hazırlaşmaq və rayon təşkilatlarının konfranslarını keçirməkdir. Bu baxımdan, deyə bilərəm ki, növbəti aylarda elə əsas işlər qurultayla bağlı olacaq”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, payız aylarında daha çox təşkilatlanmağa yer verəcəklər: “Qarşıdan referendum gəlsə də insanların əksəriyyəti çox passiv görünürlər. Partiya olaraq referendum seçkilərində aktiv boykot yolunu seçmişik. Payızda partiyanın əsas işi təşkilatlanma olacaq. Hazırda da bu işlə məşğuluq”.
Partiyanın sədri İqbal Ağazadə isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, sentyabrdan fərqli şəkildə işə başlayacaqlar. Sədrin sözlərinə görə, Ümid Partiyasının qarşısında duran əsas məqsəd kadr bazasını genişləndirməkdir: “Bu istiqamətdə ciddi işlərimiz gedir. Yeni insanların siyasi prosesə cəlb olunması və siyasi proseslərdə dinamikliyin artması istiqamətində həm təyin etdiyimiz müavinlər ardıcıl iş aparırlar, həm də bu məsələlərlə bağlı ümumi görüşlərimiz olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar