Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sülh olsa, Aİ missiyası Ermənistandan çıxacaq - Toivo Klaar

Tarix: 01-03-2024 20:38     Baxış: 3153 A- / A+


İrəvan və Bakı arasında sülh Aİ missiyasını Ermənistandan çıxarmağa imkan verəcək.
Manevr.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatik Forumunda panel müzakirələrdə deyib.
"Ermənistan və Azərbaycan arasında sülh və sabitlik o demək olacaq ki, biz, nəhayət, hər üç Cənubi Qafqaz ölkəsi ilə müstəsna olaraq müsbət əməkdaşlıq gündəminə fokuslana bilərik. Həmçinin, etimadın və Aİ-nin sülhə tərəfdarlığının təmin olunması üçün yerləşdirilmiş silahsız Aİ missiyasını, nəhayət, Ermənistandan çıxara bilərik", - deyə o vurğulayıb.
Qeyd edək ki, 2023-cü il fevralın 20-də Aİ Ermənistana mülki missiya (EUMA) göndərib.
EUMA Aİ Şurası tərəfindən rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində təsis edilib. Missiyanın göndərilməsi qərarında qeyd olunduğu kimi, məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə kömək, yerlərdə əməkdaşlığın tənzimlənməsi və Aİ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə səylərə imkan yaradan şəraitin təmin edilməsindən ibarətdir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar