Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Yunanıstan Baş naziri İlham Əliyevi təbrik etdi

Tarix: 01-03-2024 18:16     Baxış: 3194 A- / A+


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Manevr.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Prezident.
Prezident seçkilərindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.
Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.
Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar