Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməniləri indiki əraziyə Rusiya yerləşdirib – Markov

Tarix: 27-02-2024 20:44     Baxış: 4235 A- / A+

Ermənistanın KTMT üzvlüyünü dondurması barədə Paşinyanın elanı radikal addım deyil. Çünki faktiki dondurma daha öncə olub, bir neçə ay ərzində İrəvan nə KTMT tədbirlərində, nə də yüksək səviyyəli görüşlərdə iştirak edib. Digər tərəfdən, KTMT Ermənistandan hələlik heç bir açıqlama almayıb. Yəni hələlik bu dondurma əməldə və sözdə olsa da, hüquqi xarakter daşımayıb. Münasibətlərin dondurulması Paşinyanın indi Rusiya ilə bağlı həyata keçirdiyi min kiçik addım taktikasıdır. Məhz bu taktika hazırda Qərb tərəfindən Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı həyata keçirilir və çox uğurlu hesab olunur.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Düşmənin çox ciddi "kartı" olanda min kiçik addım taktikası tətbiq olunur. Məsələn, Qərb nöqteyi-nəzərindən Ukrayna böhranından danışsaq, Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalı belə bir "kozırdır". Nikolun nöqteyi-nəzərindən belə bir "kozır" Rusiyanın Paşinyanın başçılıq etdiyi antirusiya rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa çağırması ehtimalıdır. Görünür, Paşinyan min kiçik addımın taktikasını Fransa Prezidenti Makronla birgə formalaşdırıb. Fransa indi Paşinyanın əsas müttəfiqidir. Faktiki olaraq Nikol və Makron Rusiyaya, eləcə də erməni xalqına qarşı qəsd təşkil edir. Erməni xalqı Paşinyanın bu siyasətinə qarşıdır. Ermənistanın əhalisi əsasən rusiyapərəstdir, baxmayaraq ki, onlar Qarabağ müharibəsində Azərbaycanın Ermənistan ordusunu tamamilə məğlub etdiyi, üç ildən sonra isə Qarabağ üzərində tam nəzarəti bərqərar etdiyi zaman məğlubiyyətində Rusiyanı günahkar hesab edirlər. Rusiya Bakının bunu etməsinə mane olmadı. Ona görə də Ermənistan əhalisi Rusiyanı günahkar hesab edir, amma daha çox özlərini, siyasi rəhbərliyini, o cümlədən Paşinyanı və onun bütün rəqiblərini günahkar sayır. Nikol reallığı Qarabağ müharibəsinin tempi və onun uğursuzluğu baxımından qəbul edirsə də, erməni xalqı Rusiyanın Ermənistanı dəfələrlə, o cümlədən Fars imperiyasının qırğınından xilas etdiyini anlayaraq, vəziyyəti çoxəsrlik nöqteyi-nəzərdən qiymətləndirir. Rusiya imperiyası erməniləri əsasən onların indi yaşadıqları bu ərazilərdə yerləşdirib və ermənilər bir çox cəhətdən özlərini məhz Rusiya vasitəsilə reallaşdırıblar. Ona görə də erməni əhalisi sadə fikirləşir: indi Rusiyadan qopub Fransaya getsək, o zaman Paris bizi qorumayacaq, Türkiyə və Azərbaycanla üz-üzə qalacağıq, erməni xalqını fəlakət gözləyə bilər. Paşinyan qorxur və Rusiyadan qopmaq üçün heç bir radikal addım ata bilməz, ona görə də min kiçik addım taktikasından istifadə edir. Onun məqsədi Rusiya ilə münasibətləri kəsməkdən çox, Qərbin əsas müttəfiqinə çevrilməkdir. Rusiyanı düşmən etmək yox, Qərbi dost etmək lazımdır. Paşinyan bunu istəyir və bu, normal olardı, amma mümkün deyil", - o bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar