Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan xalqı İlham Əliyevin liderliyi ilə yeni-yeni uğurlara imza atacaq - Deputat

Tarix: 16-02-2024 18:18     Baxış: 3485 A- / A+


7 fevralda  keçirilən Zəfər seçkisindən sonra Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Növbəti mərhələdə Azərbaycanın qarşısında duran hədəflərə nail olub uğurlara imza atması üçün  xalqın etimadını qazanan  cənab İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində  ölkəmizin gələcək inkişaf strategiyasının yol xəritəsini  bəyan etdi. Azərbaycan yeni dövrə alnıaçıq, üzüağ, başıdik daxil olur. Bu dövr Azərbaycanın qarşısında duran hədəflərə nail olub, çağırışları həll etməsi mərhələsi olacaq ki, bütün bunların da öhdəsindən layiqincə gələcək.  Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı cənab İlham Əliyevin liderliyi altında yeni-yeni uğurlara imza atacaq. Bunu demək üçün əsaslarımız var. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan son 20 ildə qarşısında duran bütün hədəflərə nail oldu. Nəticədə Azərbaycan  Ermənistanın işğalçılıq siyasətinə son verib ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu gün Azərbaycandakı ab-hava növbəti mərhələdə də qarşıda duran hədəflərə nail olunmasına əsas verir”. 
Bunu Manevr.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə,  Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas  qayəsini güclü, qüdrətli, dünyada inkişaf etmiş, əhalisinin sosial rifah halında yaşan   Azərbaycan olub.
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan  güclü, qüdrətli və dünyada  nüfuzlu ölkələrdən birinə çevrilib. Bundan sonra xalqın birliyi, həmrəyliyi nəticəsində bütün məsələlər həllini tapacaq. Ona görə də cənab Prezident qarşıda duran hədəflərə nail olunmasında əsas  aparıcı güc kimi gəncliyin üzərinə böyük məsuliyyət qoydu. Prezident bəyan etdi ki,  elə bir gənc nəsil yetişdirməliyik onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Çünki torpaqlarımızın işğaldan azad olunmasına, düşmən üzərində möhtəşəm qələbə çalıb  Azərbaycan tarixinə qızıl hərflərlə  qəhrəmanlıq salnaməsinin yazılmasında, ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında  gəncliyin rolu danılmaz oldu.  Azərbaycanın bundan sonra əldə edəcəyi uğurlarda  gəncliyin rolu danılmaz olacaq.  Ona görə də gələcək nəslin  tərbiyəsi və onlara verilən  biliklər çox böyük önəm daşıyır. Əgər sağlam, milli-mənəvi dəyərlər əsasında tərbiyə və yüksək bilik alan gənclərimiz hər hansı kənar qüvvələrin ölkəmizə qarşı çirkin niyyətlərinin  reallaşmasına imkan verməyəcək. Odur ki, gənclərimizin azərbaycançılıq ideologiyası əsasında böyüməsi hər bir  şəxsin vətəndaş borcu olmalıdır”, 
Deputat əlavə edib ki, bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı ən müxtəlif  vasitələrdən istifadə etməklə çirkin niyyətlərini həyata keçirməyə çalışacaqlar:
“Biz birliyimizi, həmrəyliyimizi qoruyub, gənclərimi düzgün tərbiyə etsək, o zaman bizə qarşı bütün  çirkin cəhdlər puç olacaq.  Ona görə də gənclərimizə yüksək  milli-mənəvi tərbiyə ilə yanaşı, müasir dövrün tələblərinə uyğun yüksək təhsil verməliyik. Müasir dövrün əsas aparıcı sahəsi isə texnolgiyadır. Ona görə də cənab Prezident texnoloji inkişafı növbəti  dövrün əsas  hədəfi kimi müəyyənləşdirib.  Çünki Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı qələbənin əldə olunmasına texnolojinin necə mühüm rola malik olmasını özünü bir daha sübut etdi.
Azərbaycan texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxdı.  Ölkə başçısı üzünü gənclərə tutaraq bu sahəyə ciddi diqqət yetirməyi və peşəkar kadr kimi yetişməyi tövsiyyə etdi.
Çünki kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Əgər biz bu sahəyə lazımi diqqət yetirməsək, o zaman  geridə qalacağıq.  Bu da bizi istəməyən qüvvələrə ölkəmizə qarşı məkrli planlarını həyata keçirmək üçün fürsət verə bilər. Ona görə də Azərbaycanı gələcəkdə gözləyə biləcək istənilən təhdidlərdən qorumağın yolu birlikdən, həmrəylikdən və yüksək kadr hazırlığından keçir”.
Həmsöhbətimiz növbəti hədəflərdən birinin də Türk dünyasının real birliyinə nail olunması istiqamətində olacağını söyləyib.
“Artıq cənab Prezident bu istiqamətdə mövqeyini açıqladı.  Biz Türk dünyasının mütəşəkkil şəkildə birliyinə nail olunub yeni güc mərkəzi kimi ortaya çıxmasına nail olunmasına çalışmalıyıq. Biz eyni zamanda İslam dünyasının həmrəyliyinin nail olunması istiqamətində səylərimizi davam etdirməliyik.
Bir daha qeyd edirəm ki, cənab Prezidentin müəyyən etdiyi gələcək inkişaf strategiyasi nəticəsində Azərbaycan tezliklə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru bərpa edəcək,  soydaşlarımız öz ata yurduna qayıdacaq. İnsanlarımız öz yurdlarına dönməklə təkcə orada əvvəlki həyatın öz məcrasına dönməsini deyil, eyni zamanda  Azərbaycanın daha güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verəcək. Bu da öz növbəsində Azərbaycanın dünyada nüfuzlu bir ölkəyə çevrilməsində öz rolunu oynayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar