İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsinin göstəricisidir.
Manevr.az bildirir ki, bunu "report"un Rusiya bürosuna açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, bu hərəkətə bəraət qazandırmaq mümkün deyil: "Bu, Rusiyanın üzünə tüpürməkdir. Üstəlik, bu, indiki erməni cəmiyyətində hakim olmağa başlayan rusofobiyanın və anti-Rusiya əhvali-ruhiyyəsinin göstəricisidir".
İ.Korotçenko vurğulayıb ki, Ermənistan cəmiyyətində belə əhvali-ruhiyyə xeyli müddətdir ki, müşahidə olunur.
Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan rəsmi şəkildə üzr istəməli idi: "Ermənistanın müvafiq hüquq-mühafizə orqanları isə bu cinayəti hərtərəfli araşdırmalı və cinayətkarın mühakimə olunması və onunla bağlı ədalətli qərarın çıxarılması üçün həmin şəxsi Rusiya ədliyyəsinə təhvil verməlidir".
Qeyd edək ki, sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.
Rusiya Xarici İşlər Nazirliyi bu vandalizm aktını kəskin şəkildə pisləyib.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar