Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Trampın Bakıya bu dəstəyi bəzi dövlətlərə mesajdır"

Tarix: 02-06-2017 09:10     Baxış: 3424 A- / A+
"Trampın Bakıya bu dəstəyi bəzi dövlətlərə mesajdır"

ABŞ Prezidenti Donald Trampın mühüm iri regional iqtisadi layihələrdə Azərbaycanın birbaşa iştirakını dəstəkləməsi ikitərəfli münasibətlərə öz təhfəsini verəcək.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması ilə bağlı danışan politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Amerika prezidentinin hər iki məktubunda Azərbaycanın aparıcı rolunun vurğulanması regiondakı digər dövlətlərə mesaj sayıla bilər:

“Trampın xüsusilə də mühüm iri regional iqtisadi layihələrdə Azərbaycanın birbaşa iştirakını dəstəkləməsi ikitərəfli münasibətlərə öz təhfəsini verəcək. Bu cür addım ABŞ-ın bir sıra vacib məsələlərdə Azərbaycanla ikitərəfli münasibələtlərin inkişafında müəyyən qərarlarından xəbər verir. Bu nöqteyi-nəzərdən Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət rol oynaya bilər. ABŞ-ın bu cür xarici siyasət xətti region üçün yeni gələcək vəd edir. Keçmiş prezident Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar aradan qalxacaq və bir sözlə, Azərbaycan-ABŞ əlaqələrində yeni bir dönəm başlanacaq. ABŞ artıq digər ölkələrin daxili işlərinə müdaxilə etməyəcək və bundan sonra münasibətlərini məhz bu prinsip üzərində qurmayacaq. Bu siyasət ABŞ-Azərbaycan əlaqələrinə də öz töhfəsini verəcək”.

Politoloq Trampın Azərbaycanda aparılan iqtisadi islahatlardan bəhs etməsini isə iki ölkə arasında yeni faydalı iş birliyinin qurulması baxımından Vaşinqtonun Bakıya dəstəyi olaraq qiymətləndirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar