Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Bakıdan siqnal gözləyir: Şərtlər dəyişdi - Vaal

Tarix: 22-01-2024 17:31     Baxış: 3115 A- / A+



Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması 2024-cü ildə mümkündür, Ərdoğan Bakını gözləyir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu “Ermenihaber.am”a müsahibəsində Cənubi Qafqazın problemləri ilə məşğul olan “Karnegi Fondu”nun baş eksperti Tomas de Vaal deyib.
Keçən il “Karnegi Fondu”nun saytında dərc olunmuş “Ermənistanın güvənsizlik ili” başlıqlı məqaləsində britaniyalı ekspert 2023-cü il üçün optimist ssenarilər sırasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına toxunmuşdu.
“Ermenihaber.am” Tomas de Vaala sual verib ki, o, 2024-cü ildə iki ölkə arasında münasibətlərin həllini mümkün hesab etməyə davam edirmi?
“Düşünürəm ki, bu mümkündür. Düşünürəm ki, Ərdoğan Azərbaycanı gözləyir. Türkiyənin ilkin şərtləri illər ərzində dəyişib. Yadınızdadırsa, 10-15 il əvvəl Türkiyə rəsmiləri demişdilər ki, erməni qoşunları heç olmasa bir rayondan, təkcə Füzulidən və ya yalnız Cəbrayıldan çəkilsələr kifayətdir və münasibətləri nizamlayırlar. Sonra bir yox, yeddi rayon itirildi, Qarabağ əldən getdi, hələ də əlaqə yoxdur”.
Ekspertin fikrincə, Türkiyənin xarici siyasətinin seçilmiş sahələri Ermənistanla münasibətlərin normallaşacağı təqdirdə əldə edəcəkləri bütün üstünlükləri görür. Yeni nəqliyyat əlaqələri yaradıla bilər, Türkiyə Cənubi Qafqazda oyunçuya çevrilə bilər, Ermənistanla münasibətlərin tənzimlənməsi Türkiyə-Amerika münasibətlərinə, xüsusən də Konqreslə münasibətlərə yaxşı təsir edə bilər və s.
“Onlar bu maraqları nəzərə alırlar, lakin Türkiyənin xarici siyasəti indi açıq şəkildə Prezident Ərdoğan tərəfindən idarə olunur və o da Bakıdan siqnallar gözləyir. Fikrimcə, Bakı ilə İrəvan arasında kiçik, bir səhifəlik müqavilə imzalansa belə, bu, Ankaraya bəs edər”, - ekspert bildirib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar