Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Administrasiyadakı dəyişikliyə ilk reaksiya : “Onların köməkçi vəzifəsinə qaldırılması...”

Tarix: 01-06-2017 17:57     Baxış: 5357 A- / A+
Administrasiyadakı dəyişikliyə ilk reaksiya


"Prezident Administrasiyasında indi təsdiq edilən struktur günün tələblərinə daha çox cavab verir”.


Manevr.az xəbər verir ki, bu sözləri bakupost.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Prezident İlham Əliyevin Prezident Administrasiyasında (PA) etdiyi struktur dəyişikliklərini şərh edərkən deyib. O bildirib ki, PA-da aparılan islahatlar təbiidir: "Azərbaycan vaxtaşırı həm idarəetmə sistemində, həm cəmiyyətdə gedən proseslərlə bağlı islahatlar həyata keçirir. İslahatlar problemlərin daha operativ və yüksək səviyyədə həll edilməsi üçün şəraitin yaradılmasına xidmət edir. Bütün ölkədə islahatlar getdiyi kimi prezidentin siyasətini həyata keçirən əsas orqan olan Prezident Administrasiyasında da vaxtaşırı islahatların keçirilməsi tamamilə təbiidir. Onlar qarşıda qoyulan vəzifələrin operativ həll edilməsinə, cəmiyyətdən olan məsələlər üzrə prezidenti məlumatlandırmağa, eyni zamanda prezidentdən gələn tapşırıqları yüksək səviyyədə həyata keçirməyə, həmçinin günün tələblərinə cavab verən proqramların hazırlanması məsələlərinə baxır.
Hesab edirəm ki, indi təsdiq edilən struktur günün tələblərinə daha çox cavab verir. Yəni şöbə müdirləri sadəcə şöbə müdiri olmayıb, prezidentin bu və ya digər istiqamət üzrə köməkçisi statusu vəzifəsinə qaldırılırlar. Bu, onların həm məsuliyyətini, həm səlahiyyətini artırır”.

Deputat Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılmasından da danışıb:
"Günün tələbinə cavab verən Gənclər və idman məsələləri şöbəsinin yaradılması da Azərbaycan dövlətinin gənclər siyasətinə çox böyük önəm verdiyini göstərir. Ümumiyyətlə gənclər, sağlamlıq, idman və ölkənin gələcəyi məsələləriylə artıq ayrıca bir şöbənin məşğul olmasına çox böyük ehtiyac var”.

A.Mirzəzadə vəzifəsiz qalan yüksək ranqlı məmurlar məsələsinə də toxunaraq belə şərh verib:
"Konkret şəxslərin təyinatı prezidentin səlahiyyətində olan məsələlərdir. Hesab edirəm ki, onun təyinatı həmişə qarşıya qoyulan məsələlərin daha dəqiq və opaerativ həll edilməsi məsələlərinə xidmət edir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar