Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? - Deputatdan AÇIQLAMA

Tarix: 13-01-2024 15:17     Baxış: 3205 A- / A+
ABŞ-nin Kino Sənəti Akademiyası “Oskar” film mükafatlarına namizədlərin qısa siyahısını təqdim edib.
“Beynəlxalq bədii film” kateqoriyasında 15 film təqdim olunub, onun içərisində Ermənistanın çəkdiyi "Amerikalı” filmi də yer alıb. Film qondarma erməni soyqırımı zamanı sağ qalan və ABŞ-yə gedən bir gəncin həyatından bəhs edir. 
Azərbaycanda Qarabağ müharibəsinə həsr edilmiş bir neçə film var. 44 günlük qələbəmizdən sonra bu sahədə daha uğurlu filmlərin çəkiləcəyi, beynəlxalq müsabiqələrə təqdim olunacağı gözlənilirdi. Lakin hələlik İkinci Qarabağ müharibəsindən bəhs edən və səs-küy yaradan yeganə film rejissor Vaqif Mustafayevin çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub. Bu mövzuda bir neçə rejissorun qısa filmi də nümayiş olunanlar arasındadır. Amma tammetrajlı bədii film çox azdır.
Bəs Azərbaycanda nə zaman Qarabağa aid dünyaya çıxacaq film çəkiləcək? Belə filmin çəkilməsinə nə mane olur?
Onu qeyd etmək yerinə düşər ki, ötən il ölkəmizdə kino sahəsi ilə bağlı bir sıra yeniliklər olub. Belə ki, 2023-cü ildə Kino Agentliyi yaradılıb, Kino Forumu keçirilib və ölkədə fəaliyyət göstərən iki kino ittifaqı bir ad  altında birləşib. Bizə hələlik bunların gələcəkdə film sənayesinin inkişafında mühüm rol oyanacağına inanmaq qalır.
Milli Məclisin deputatı, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas məsələ ilə bağlı Bizim.media-ya açıqlamasında burada siyasi məsələlərin rol oynadığını deyib:
“Azərbaycanda xeyli yaxşı film var. Sadəcə, “Oskar” siyasi təşkilatdır. Onlar erməniləri gözümüzə soxmaq üçün erməni filmini ora dəvət ediblər. Bütün dünya bilir ki, erməni soyqırımı olmayıb, amma bundan istifadə edirlər. Yəni bunu dərd eləmək lazım deyil. Gün gələr biz sözümüzü deyərik”.
Deputat son illər ölkədə bir neçə dünyasəviyyəli filmin çəkildiyini bildirib:
“Sarı gəlin”, “Yalan” filmləri son illərdə ölkədə çəkilən dünyasəviyyəli filmlərdir. “Fəryad” və “Dolu” filmi müharibə ilə bağlıdır, döyüş səhnələri var. Dünya müsabiqələri ona görə bunu qəbul etmirlər. Döyüş səhnələri olan filmləri isə beynimizə yeridirlər, amma bizim elə filmlərimizi qəbul etmirlər, eləməyəcəklər də… “Yalan” çox gözəl filmdir, məmnuniyyətlə istərdim ki, müsabiqədə iştirak eləsin. Amma qəbul etməzlər, çünki “Oskar” siyasidir. “Nobel” mükafatı da siyasidir”.
Yazıçı İkinci Qarabağ müharibəsindən bəhs edən film üçün yazdığı ssenarinin artıq hazır olduğunu da qeyd edib:
“Ssenari hazırdır, amma hələ təqdim etməmişəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar