Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ceyms O’Brayen: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Tarix: 11-01-2024 20:25     Baxış: 4210 A- / A+



Biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının tərəfdarıyıq.
Manevr.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bugün keçirilən brifinqdə deyib.
"Biz Azərbaycan və Ermənistan arasında dayanıqlı və layiqli sülh sazişinin tərəfdarıyıq. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik.Faydalı ola biləcəyimiz qədər işimiz hələ də var. Biz dəstək olmaqdan məmnunuq. İstərdik ki, hər ikisi sülh sazişindən faydalansın və biz bunun üçün ən uyğun şəkildə çalışacağıq", - o deyib.
Ceyms O'Brayen qeyd edib ki, ABŞ hər iki ölkə ilə gündəmdəki bütün məsələləri müzakirə etmək imkanı əldə etmək istərdi.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.
Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar