Xəbər lenti
“Rəsulzadə sağ olsaydı, İlham Əliyevə səs verərdi”
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və əsas simalarından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Modern.az-a müsahibə verib.
Manevr.az həmin müsahibəni təqdim edir:
- Rais bəy, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam verib. Qərarı necə qarşıladınız?
- Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı qərarı çox böyük hadisədir. Rəsulzadənin 140 illiyinin məhz bu ildə keçirilməsi onun ruhunu şad edir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
- Bu il həm də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Siz İlham Əliyevə səs verəcəyinizi açıqlamısınız.
- Bilirsiniz, Rəsulzadənin istəyi ərazi bötüvlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi...
- Prezidentin sərəncamında bir sıra tədbirlərin keçirilməsi tapşırılıb. Rəsulzadənin 140 illiyi çərçivəsində hansı tədbirlər keçiriləcək?
- Rəsulzadənin həqiqətən də zəngin irsi var. Gəlin düşünək, sovet vaxtı deyirdilər ki, 1918-1920-ci illər yoxdur, olmayıb. Bununla biz qazanırıq? Əlbəttə, yox. Əksinə bu illər sayəsində mədəniyyətimiz, siyasətimiz zənginləşir. Ona görə də,140 illiyin qeyd edilməsi böyük hadisədir. Bundan gözəl yararlanmaq lazımdır. Prezidentin bununla bağlı verdiyi sərəncam çox önəmlidir. Bəzi strukturlar bunu yolaverdi etməsinlər. Rəsulzadənin 130 illiyində onun əsərlərini çap etdilər. Məsələn, bu il ev muzeyi açmaq, eləcə də onun adını dərsliklərə salmaq olar.
- Ev muzeyindən söhbət düşmüşkən bir müddət əvvəl mətbuatda Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı xəbərlər yayılmışdı. Ev muzeyi ilə bağlı təşəbbüsləriniz olubmu və ya olacaqmı?
- Ev muzeyi ilə bağlı təşəbbüsümüz olmuşdu. Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdik. Dedilər ki, məsələlərə baxırıq. Lakin... Çörək muzeyi, futbol muzeyləri var. Rəsulzadə bu dövlətin qurucularındandır. Onun muzeyi niyə olmasın? Əminəm ki, Prezidentimizin sərəncamı bütün bu məsələlərin həllinə dəstək olacaq.
- Bəs, Rəsulzadənin məzarının Ankaradan Bakıya qaytarılması gözlənilirmi?
- Rəsulzadənin qəbrinin Bakıya köçürülməsi qısa müddətə çətin həll oluna bilər. Bu, adi məsələ deyil. Əsas odur ki, dövlət səviyyəsində Rəsulzadənin 140 illiyi keçiriləcək. Bu, həm də o deməkdir ki, zamanla hər şey öz həllini tapacaq.
- Rais bəy, Siz həm də Əməkdar rəssamsınız. Rəssamlıq fəaliyyətinizi davam etdirirsiniz?
- Rəssamlıq fəaliyyətim davam edir. Rəssamlara rəssamlığı, müəllimlərə də müəllimliyi öyrədirəm. Mənim yaradıcılığımda portret, notrimot, tematik tablolar və mənzərə xüsusi yer tutur. Xəstələnəndən sonra təbiətə getmək lazım idi. Qəbələyə getmişdim. Orada mənzərə üzərində çalışdım. Mənzərələrimi bəyənirlər. Yaxşı rəylər yazırlar.
Manevr.az həmin müsahibəni təqdim edir:
- Rais bəy, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam verib. Qərarı necə qarşıladınız?
- Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı qərarı çox böyük hadisədir. Rəsulzadənin 140 illiyinin məhz bu ildə keçirilməsi onun ruhunu şad edir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
- Bu il həm də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Siz İlham Əliyevə səs verəcəyinizi açıqlamısınız.
- Bilirsiniz, Rəsulzadənin istəyi ərazi bötüvlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi...
- Prezidentin sərəncamında bir sıra tədbirlərin keçirilməsi tapşırılıb. Rəsulzadənin 140 illiyi çərçivəsində hansı tədbirlər keçiriləcək?
- Ev muzeyindən söhbət düşmüşkən bir müddət əvvəl mətbuatda Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı xəbərlər yayılmışdı. Ev muzeyi ilə bağlı təşəbbüsləriniz olubmu və ya olacaqmı?
- Ev muzeyi ilə bağlı təşəbbüsümüz olmuşdu. Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdik. Dedilər ki, məsələlərə baxırıq. Lakin... Çörək muzeyi, futbol muzeyləri var. Rəsulzadə bu dövlətin qurucularındandır. Onun muzeyi niyə olmasın? Əminəm ki, Prezidentimizin sərəncamı bütün bu məsələlərin həllinə dəstək olacaq.
- Bəs, Rəsulzadənin məzarının Ankaradan Bakıya qaytarılması gözlənilirmi?
- Rəsulzadənin qəbrinin Bakıya köçürülməsi qısa müddətə çətin həll oluna bilər. Bu, adi məsələ deyil. Əsas odur ki, dövlət səviyyəsində Rəsulzadənin 140 illiyi keçiriləcək. Bu, həm də o deməkdir ki, zamanla hər şey öz həllini tapacaq.
- Rais bəy, Siz həm də Əməkdar rəssamsınız. Rəssamlıq fəaliyyətinizi davam etdirirsiniz?
- Rəssamlıq fəaliyyətim davam edir. Rəssamlara rəssamlığı, müəllimlərə də müəllimliyi öyrədirəm. Mənim yaradıcılığımda portret, notrimot, tematik tablolar və mənzərə xüsusi yer tutur. Xəstələnəndən sonra təbiətə getmək lazım idi. Qəbələyə getmişdim. Orada mənzərə üzərində çalışdım. Mənzərələrimi bəyənirlər. Yaxşı rəylər yazırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar