Xəbər lenti
Zahid Oruc və Razi Nurullayevin namizədlikləri qeydə alındı

Manevr.az xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.
Beləliklə prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar