Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisini Türkiyəyə getməyə qoymayan kimlərdir?

Tarix: 04-01-2024 11:23     Baxış: 3134 A- / A+


   
İranın Qasım Süleymaninin anım mərasimində baş verən partlayışlardan xarici düşmən obrazını gücləndirmək və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə edəcəyi bəllidir. Bu baxımdan, baş verən partlayışın arxasında xarici oyunçuların olması versiyası ilə yanaşı, rejim daxili qüvvələrin ola biləcəyi istisna deyil.
Süleymaninin ölümdən də xarici düşmən obrazını gücləndirmək və cəmiyyəti rejim ətrafında birləşdirmək məqsədilə istifadə etmişdilər. Hərçənd, artan nüfuzunun İran elitasında narahatlıq yaratdığı üçün Süleymaninin yerini ABŞ-a rejim daxili qüvvələrin satdığı haqda müəmmalar hələ də qalır.
Partlayış fonunda iki məqam xüsusilə diqqət çəkir.
Birincisi, bunun İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfərindən bir gün öncə baş verməsi, nəticədə səfərin təxirə salınmasıdır;
İkincisi, partlayışı törədənlərin kim olduğu və haradan gəldiyinə dair hansı versiyaların irəli sürüləcəyidir.
Rəisinin Ankara səfəri İran-Türkiyə xəttində problemlərin aradan qaldırılması, münasibətlərin normalaşmasına imkan yaradacaqdı. Və bu, həm də İran-Azərbaycan münasibətləri baxımından da əhəmiyyətlidir. İran daxilində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olanlar var. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi də Ankarada Əliyev-Ərdoğan-Rəisi görüşünə hazırlıq ərəfəsində baş vermiş və hər şeyi arxa plana keçirmişdi. Kirman partlayışının ilk nəticəsi isə Rəisinin Ankara səfərinin təxirə düşməsi oldu.
Bundan sonra əsas məsələ baş verənlərlə bağlı İranın rəsmi və qeyri-rəsmi dairələrində hansı versiyaların irəli sürüləcəyidir. Və bu, çox şeyə aydınlıq gətirəcək.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar