Xəbər lenti
Erməni ordusu gücləndirilir: gerçək plan belədir – Dəhşətli ssenari
Ermənistan müdafiə naziri Suren Papikyan ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılacağını açıqlayıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstək verir. Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığının mayoru Robert Aberneti Ermənistan Silahlı Qüvvələrinin Çavuş Korpusunun hazırlanması üçün İrəvanda olub.
Maraqlıdır, Ermənistanın ordu reformları nədən xəbər verir? Azərbaycanın mütləq sülhə hazırlaşdığı bir məqamda İrəvan niyə ordunu gücləndirir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, daha əvvəl də Ermənistan ordusu ABŞ-la müəyyən proqramlar çərçivəsində əməkdaşlıq edirdi:
“Amma indi bu əməkdaşlığı bir qədər də genişləndirmək üçün müəyyən bəhanələr əldə edib. ABŞ-ın rəsmi İrəvana bu qədər diqqət yetirməsi Rusiyanın regiondan çıxarılmasına hesablanıb. Ermənistan ərazisində yerləşən ən böyük diplomatik korpus da Birləşmiş Ştatlara məxsusdur. Burada da kifayət qədər müşavirlər, məsləhətçilər, kəşfiyyatçılar xidmət edirlər.
Atılan bu addımlar əslində Ermənistan və Rusiya arasındakı hərbi müqavilələrin aradan qaldırılmasına yönəlib. Rəsmi İrəvanı Moskva və KTMT-dən qurtarmaq üçün Fransa və ABŞ son aylar öz addımlarını aktivləşdiriblər. Lakin bu tədbirlər Ermənistan ordusunun döyüş potensialını gücləndirmək üçün kifayət etməyəcək. Buna görə çox böyük miqdarda maliyyə vəsaiti, silah-sursat, texnikaların əldə olunması və onların ordudakı sistemlərə inteqrasiyası tələb olunur ki, bu da öz növbəsində maliyyə və zaman tələb edir”.
Ədalət Verdiyev
Hərbi ekspert vurğulayıb ki, Ermənistan ordusu 21-ci əsrin fərari ordusudur:
“Bu statusun yenilənməsi üçün hansısa yararsız hind silahlarının alınması, ABŞ-ın bir mayorunun İrəvanda təlimlər keçməsi heç nəyi dəyişməyəcək. Birləşmiş Ştatlar hazırda qaynatdığı bir çox münaqişədən çıxış yolu tapa bilmir. Ermənistan ABŞ-ın növbəti qurbanı kimi Suriya ssenarisini təkrarlaya bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar