Xəbər lenti
"Atatürk bayraq və himn qədər “qırmızı xəttdir”, onu keçmək olmaz" - AÇIQLAMA
Məsələyə münasibətlər isə fərqlidir. Türklərin doğru etdiyini deyən də var, oyuna siyasətin qarışdırılmamasını müdafiə edən də.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı texnobloqçu Fərid Pərdəşünas öz feysbuk səhifəsində paylaşım edib.
F.Pərdəşünas bildirib ki, ərəblər dünyaya siyasi mesaj vermək yox, idman göstərmək üçün oyunu alıblar:
“Türklər həmişə sevir ki, idmana siyasət qarışdırsınlar. Türkiyə-Ermənistan oyununa Azərbaycan bayrağını almırdılar. Bu tam düzgün qərardır. Türklər də bu qərarı qəbul edəndə doğrudur, ərəblər də. Futbol siyasət meydanı deyil. Atatürkə, türk millətinə sevgim və hörmətim sonsuzdur, amma klubların etdiyi şoudur və başqanlar da populist davranır.
Əgər belə bir şey edəcəkdilərsə, ümumiyyətlə, oyunu ora salmalı deyildilər. Artıq salıb və satıblarsa, qərara hörmət etməli idilər. Federasiya ilə klub arasında olan gərginliyi dünyaya göstərməli deyildilər. Atatürk adını belə işlərdə hallandırıb, istifadə etmək olmaz.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə türklərin haqlı olduğunu qeyd edib:
“Bayrağa və himnə icazə verib, Atatürk posterlərinə icazə verməmək absurd qərar idi. Atatürk bayraq və himn qədər “qırmızı xəttdir”, onu keçmək olmaz. Səudiyyə Ərəbistanı krallığı ya bunu anlamadı, ya da anlamaq istəmədi. Atatürk harada yaşamalarından asılı olmayaraq türklərin ümumi dəyəridir”.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar