Xəbər lenti
“Sülhməramlılar Qarabağda dincəlir, yaxşıca yeyirlər...” - Deputat
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmasa da, müzakirəər aktivləşib.
Bu müqavilənin imzalanmasına qədər Rusiya sülhməramlılarının aqibətinin necə olacağı da müzakirə yaradan mövzulardandır. Sülhməramlıların bölgədən çıxması Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Bununla yanaşı, Qarabağ məsələsi Qərbin gündəliyindən hələ çıxmayıb.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə “Cebhe.info”-ya şərhində qeyd edib ki, rus sülhməramlıların müddəti 2025-ci ilin sonuna qədərdir:
“2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata görə, Rusiya Sülhməramlı Kontigenti Qarabağda 2025-ci ilin noyabrına qədər qalmalıdır. Azərbaycan da üzərinə bu bəyanatdan irəli gələn öhdəlik götürüb. Azərbaycan öz öhdəliyini sona qədər yerinə yetirəcək.
Sadəcə olaraq, hazırda rus sülhməramlıları istirahət edirlər. Rusiya ordusunun əksəriyyətinin Ukrayna müharibəsində vuruşduğu halda Qarabağdakı rus hərbiçiləri heç bir iş görmürlər, oturub rahat şəkildə dincəlirlər. Ordumuzun antiterror əməliyyatlarından sonra sülhməramlıların heç bir missiyası qalmayıb”.
2024-ci ildə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə rus sülhməramlıların vaxtından əvvəl çıxarılması ehtimalına gəlincə, A.Mollazadə buna şübhə ilə yanaşdığını bildirib:
“Rusiya sülhməramlıları Qarabağda qalıb yaxşı istirahət etmələri üçün hər cür bəhanədən istifadə edəcəklər. Onlar Qarabağda çox yaxşıca qidalanırlar. Bu fürsəti əldən vermək istəməzlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar