Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təbrizdə ermənilər bu cür yaşayır – Təbrizli ekspert

Tarix: 29-12-2023 10:52     Baxış: 3190 A- / A+



Təbrizdə əvvəllər ermənilərin sayı daha çox olsa da, hazırda min nəfərdən də azdır. Ermənilərin saylarının azalmasına səbəb təbrizlilərin erməni əhaliyə münasibətinin nəticəsidir.
Manevr.az xəbər verir ki, bu sözləri təbrizli politoloq Əlirza Zamani İranın Ermənistana Təbrizdə Baş Konsulluq açmasını təklif etməsi ilə bağlı deyib.
O bildirib ki, təbrizlilər ermənilərə hər zaman nifrət edib:
"Burda yəqin ki, din amili də rol oynayıb. Onları murdar hesab edib, təmasdan çəkinərdilər. İcma kimi yaşayan ermənilər yerli əhali ilə sıx münasibətdə olmayıb. Təbrizdə olan bütün ermənilər Barun Avak (təbrizlilər "Barnava" deyir) məhəlləsində yaşayıblar. Tarixən onların məhəllələri Təbrizin digər məhlələrindən daha aşağada yerləşirdi. Bu da onların məhəlləsinin sularının digər məhəllələrə getməməsinə görə idi. Onların damlarının suyu da yağış yağan zaman ancaq öz həyətlərinə tökülməli idi. Bir də yağış yağan zaman ermənilərin şəhərdə gəzib dolanmasına ciddi məhdudiyyətlər var idi. Əhali onların şəhərdə gəzməsini istəməzdi. Çünki onları murdar hesab edirdilər. Yağış onların bədəninə dəyib yerə töküləndə şəhəri də murdar edə bilərdi deyə, belə bir məhdudiyyət var idi. Əvvəllər heç bir təbrizli ermənilərlə əl görüşməzdi, onlarla fiziki təmasda olmazdı. Təsadifən bir-birinə toxunsaydılar, yuyunmalı, qüsl etməli idilər.
Təbrizdə indi də ermənilərin özlərinə məxsus mağazaları var. Onlar əsasən o mağazalardan alış-veriş edirlər. Digər mağazalara isə nadir hallarda gedirlər. Yerli əhali də onların mağazalarına getmir".
Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, onlara dini mərasimlərin keçirməsinə kimsə mane olmur:
"Öz klisələrində dini mərasimlərini keçirir və ibadətlərini edirlər. Təbrizdə 4-5 erməni klisəsi vardı. Onların bəzisi hələ də fəaliyyət göstərir".

Manevrr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar