Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransa agenturasnın ifşası - Makron Azərbaycanda nə planlayırdı?

Tarix: 28-12-2023 15:22     Baxış: 3217 A- / A+

Fransa agenturasnın ifşası - Makron Azərbaycanda nə planlayırdı?


Ötən günlərdə Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu ölkənin Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
 
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
 
Qeyd edək ki, diplomatların ölkədən çıxarılması barədə qərar Fransa kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin ifşa olunmasından sonra verilib. Belə ki, Qərb mətbuatının mənbələrdən əldə etdiyi informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
 
Fransa isə Azərbaycanın qərarına cavab olaraq  Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" edib.
 

Azərbaycan-Fransa parlamentləraarası işçi qrupunun sədri Soltan Məmmədov Modern.az-a bildirib ki, Fransanın son dövrlərdə atdığı addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını ləngitmək məqsədi daşıyır:
 
“Fransa dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə cəhd göstərib və parlament səviyyəsində qərəzli sənədlər qəbul olunub. Bütün bu addımların məqsədi Azərbaycana təzyiq göstərmək idi. Nəticə isə ondan ibarət oldu ki, Fransa faktiki olaraq Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Çünki regionda yaranmış yeni reallıqları, eyni zamanda Azərbaycanın imkanları, bizim ölkəmizin xarici siyasətinin əsaslandığı prinsipləri düzgün qiymətləndirə bilmədi.
 
Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransa agentura şəbəkəsinin ifşası Makron hökumətinin daha bir uğursuzluğudur. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan edilib. Azərbaycan bir neçə dəfə rəsmi səviyyədə bəyan edib ki, regionda uzaq ölkələrin bu coğrafiyada baş verənlərə müdaxilə etmək cəhdləri yolverilməzdir. Lakin son proseslər bir daha təsdiq edir ki, rəsmi Parisin nəinki regiondakı reallıqlar, eləcə də öz imkanlarının hüdudları haqqında təsəvvürləri yanlışdır. Fransanın sülh prosesinə əngəl yaratmaq cəhdləri nəticəsiz bitəcək. Çünki Cənubi Qafqazda formalaşmış yeni münasibətlər sistemi, geosiyasi reallıqlar sülhün qaçılmaz olduğunu göstərir”.


Deputat Elnur Allahverdiyev isə qeyd edib ki, Fransa Cənubi Qafqazda yad aktordur, ona görə də regionda süni şəkildə özünə yer etməyə çalışır:
 
“Amma bildirim ki, bu ill Fransanın ən çox uğursuzluğa düçar olduğu istiqamətlərdən biri şübhəsiz ki, Cənubi Qafqaz siyasətidir. Reallıq isə budur ki, Fransa bölgə üzvlərindən ən zəif bənd olan Ermənistanda möhkəmlənmək istəyir”.
 
Ermənistanın Cənubi Qafqazda baş verən proseslərə təsir etmək üçün heç bir aləti yoxdur, İrəvan sadəcə olanları müşahidə etməklə məşğuldur.Fransada isə ümid edirlər ki, ermənilərə üç-beş işlənmiş zirehli döyüş maşını verməklə burada faktora çevrilə biləcəklər.
 
Amma bildirim ki, Azərbaycan Fransanın bizə qarşı etdiklərinə hələ adekvat cavab verməyib. Məsələn, Fransanın neft nəhəngi hələ də ölkəmizdə biznes tərəfdaş statusundadır. Yəni biz həm Fransaya, həm də bütün dünyaya nümayiş etdiririk ki, sivil münasibətlərin, qaydalar çərçivəsində olan siyasətin tərəfdarıyıq, baxmayaraq ki, əlimizdə yetərincə rıçaqlar var.
 
Fransa ermənilərin və qrup ermənipərəst şovinist siyasətçinin əlində oyuncağa çevrilib. Bu, o qədər cılız addımdır ki, Parisdəkilərin tutarlı təsir mexanizmlərinin qalmadığını göstərir.
 
Bundan başqa, bu günlərdə şairə, Xan qızı Xurşidbanu Natəvana Fransada qoyulmuş heykəli yığışdırmaq barədə ucuz qərar qəbul ediblər. Halbuki Natəvan şeirlərində humanizm ideyalarını tərənnüm edib.
 
Bizə beynəlxalq müstəvidə, ikitərəfli münasibətlərdə təsir göstərmək istədilər alınmadı, indi qisaslarını öz aləmlərində belə ucuz şoular vasitəsilə alırlar. Azərbaycan isə ciddi dövlət olduğunu növbəti dəfə nümayiş etdirdi – konkret faktlar və sübutlarla. Ümid etmək olar ki, bu ölkənin xanım səfiri Xarici İşlər Nazirliyində ona söylənənləri rəhbərliyinə çatdıra biləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar