Nikol Paşinyan əmin idi ki, Qərb o qədər güclüdür ki, Azərbaycanı diz çökdürməsə də, heç olmasa, Ermənistan üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu sözləri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
"O, əvvəldən bilirdi ki, bunun əvəzi Qarabağdan imtina etməkdir. Yəni Paşinyan Qarabağdan imtina edir, bunun nəticəsində Rusiyanın mövqeləri zəifləyir, buna cavab olaraq Qərb dəstək verir. Qərb bunu sırf diplomatik yolla dəstəklədi, lakin planın həyata keçirilməsinə gəldikdə məlum oldu ki, Qərbin təsirinin çox ciddi məhdudiyyətləri və sərhədləri var.
Paşinyan Qərbin Azərbaycan üzərindəki təsir rıçaqlarından istifadə edəcəyinə arxalanaraq, birtərəfli qaydada Qarabağı qurban verdi", - Zurabyan bildirib.
Onun sözlərinə görə, Paşinyan Qərbin birləşəcəyi və Rusiya Federasiyasını diz çökdürəcəyi təbliğatına inanıb:
"Buna inanaraq, o, Qərbə stavka etdi, Rusiyanı zəif, geri çəkilən biri kimi rədd etdi və sonra reallığın təbliğat iddialarına tam uyğun gəlmədiyi ortaya çıxanda, Rusiyanın hələ diz çökmədiyini, əksinə, təşəbbüsü öz əlinə aldığını anlayanda vəziyyəti düzəltməyə çalışır. Bu gün artıq bütün dünya Ukraynanın qaçılmaz məğlubiyyətindən danışır".
Xəbər lenti
Nikol əmin idi ki, Qərb Bakını buna məcbur edəcək!

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar