Xəbər lenti
Parlament seçkiləri bu tarixdə keçiriləcək
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə deyib.
“Konstitusiyanın 98-ci maddəsində qeyd olunur ki, növbədənkənar parlament seçkiləri keçirildikdə deputatların səlahiyyət müddəti 5 ildən az ola bilər. Həmin maddədə göstərilir ki, seçkilər beş ildən bir noyabr ayının 1-ci bazar günündə keçirilir. Digər tərəfdən, qanuna görə, parlament seçkiləri irəli çəkilə bilər, ancaq ertələnə bilməz. Başqa sözlə desək, əgər 5 il müddətinin tamam olmasını gözləsək, onda seçki Konstitusiyaya görə 2025-ci ilin noyabrında keçirilməlidir. Bu isə parlamentin səhaliyyət müddətinin uzadılması deməkdir ki, buna da heç bir hərbi, fövqəladə səbəb yoxdur. Buna görə də Azərbaycanda parlament seçkilərinin 2024-cü ilin noyabrında keçiriləcəyini gözləmək olar”, - o bildirib.
Ç.Qənizadə vurğulayıb ki, hətta parlament seçkilərinin noyabrdan da tez keçirilməsi mümkündür:
“Prezident seçkiləri növbədənkənar olduğuna görə, 2024-cü ildə yeni dövr başlayacaq və yeni parlamentin də daha tez yaranmasına ehtiyac olacaq. Ola bilər ki, parlament seçkiləri bir az da qabağa çəkilsin. Bunu da zaman göstərəcək. Bu məsələlərə toxunmadan qeyd etmək istəyirəm ki, parlament seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq, yəni 5 ildən sonra yox, 5-ci ilin – 2024-cü ilin noyabrın 3-də keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar