Son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada biz müəyyən pozitiv mesajları eşidirik.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Xəbər lenti
"Ermənistan siyasi rəhbərliyi tərəfindən müəyyən pozitiv mesajları eşidirik"
"Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir", - deyə nazir əlavə edib.
Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. 13 dekabr tarixində Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.
Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, bu gün - 2023-cü il dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar