Xəbər lenti
Heç bir qüvvə xalq və dövlət birliyinə xələl gətirə bilməz! - Deputat
Müşfiq Məmmədli
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan seçkilər mühüm əhəmiyyət kəsb edir. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək.
Mühüm amil kimi qeyd etmək istərdim ki, ölkədə siyasi sistemin dayanıqlığı üçün bütün addımlar atılmışdır. Siyasi partiyalar haqqında qanun parlamentdə çox geniş müzakirələrdən sonra qəbul olundu. Qanun layihəsi bilavasitə siyasi mübarizə üçün hər kəsə tam hüquqlu şərait yaratmışdır. Bu da öz növbəsində demokratik dəyərlərə söykənən seçkilərin keçiriləcəyini təmin edir.
Dövlətimiz adına seçkilərin tam şəffaf və yüksək səviyyədə keçirilməsi üçün bütün mümkün işlər görülmüşdür. Amma buna baxmayaraq destruktiv müxalifət yenə də öz ampluasındadır. Müstəqil, suveren Azərbaycanın ilk zəfər seçkisində iştirak etməkdən boyun qaçırır, məğlubiyyətini şüuraltı qəbul etdiyi üçün, “kor əsasından yapışan kimi”, bu dəfə də seçkiləri boykot edir. Bu illər ərzində hələ də boykotun siyasi rəqabət metodu olmadığını anlamır, xarici qüvvələrin əlinə oynamaqdan başqa yol görmür. Son illərdə Azərbaycanda ölkə rəhbərinin yürütdüyü siyasət nəticəsində daxildəki stabilliyi, xarici arenada isə diplomatik qələbələri həzm edə bilməyən radikallar öz məkrli niyyətlərini fəaliyyətlərində biruzə verirlər. Cəmiyyət arasında şübhə toxumu əkmək, nifrət və bu kimi amillər onların qayəsini təşkil edir. Təbii ki, millətimiz bu ünsürlərin çıxartdığı oyunları çox gözəl bilir, Heç bir qüvvə, möhkəm təməllər üzərində qurulmuş dövlətimizi sarsıda bilməz, xalq və dövlət birliyinə xələl gətirə bilməz!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar