Xəbər lenti
Qarabağa dair “Saxarov planı”: Meğri ilə dəyişdirilən ərazilər - İlginc faktlar
Qarabağ problemi başlayan dövrlərdə akademik Saxarovun (Andrey Dmitriyeviç Saxarov-SSRİ-də insan hüquqları müvəkkili) başçılığı altında münaqişəni yoluna qoymaqla bağlı komitə yaradılmışdı. Həmin komitə Azərbaycana təklif etmişdi ki, Qarabağ ermənistana verilsin və bunun əvəzində bir o qədər ərazi Ermənistandan alınıb Azərbaycana birləşdirilsin. Bu, xüsusən Zəngəzur, Dərələyəz Göyçə ərazilərini əhatə edirdi.
Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“O vaxt Azərbaycan hökuməti belə bir fikir irəli sürdü ki, Qarabağ da Azərbaycan ərazisidir. Təklif edilən, ermənilərin bizə qaytaracağı həmin 7 rayon da Azərbaycana məxsusdur. O zaman belə çıxır ki, biz torpağımızı-torpağımızla dəyişdiririk”,- deyə o qeyd edib.
Partiya sədri bildirib ki, bu dəyişdirmə məsələsi Qarabağın üzərində Azərbaycanın suverenliyini şübhə altına salırdı:
“Guya Qarabağ mübahisəli ərazidir. Bunu ermənilərə vermək, dəyişdirmək olar - kimi fikirlər səslənirdi. Bu baxımdan həmin təklifdən birmənalı şəkildə imtina edilmişdi. Sonrakı dövrlərdə də Saxarovun ideyasına uyğun bu və ya başqa ideyalar səslənib. Amma heç vaxt ciddi şəkildə danışıqlar mövzusu olmayıb. Burada Qarabağın hansısa bir ərazi ilə dəyişdirilməsi deyil, bunun əksinə problemin kompleks həlli irəli sürülüb”.
Sərdar Cəlaloğluna görə, Azərbaycan və Ermənistan Madrid danışıqlarında razılaşmışdılar ki, ermənilər dinc yolla Azərbaycanın işğal edilmiş 7 rayonunu geri qaytarır və bunun əvəzində Qarabağa “status” verilir: “Daha sonra ermənilər həmin əraziləri qaytarmaqdan imtina etdilər. Dedilər ki, əvvəlcə “status” verilsin daha sonra 7 rayon geri qaytarılsın. Bunun nəticəsində danışıqlar uzandı. Yəni Meğrinin Qarabağla dəyişdirilməsi absurd fikirdir. Çünki Qarabağ Ermənistanın özü boyda bir ərazidir. Meğri isə 1920-ci ildən sonra sovetlərin təhriki ilə Ermənistana verilib. Ordubada tabe bir ərazi vahidi olan Meğri ermənilərə güzəştə gedilib. Amma ümumilikdə Meğri heç də böyük bir ərazi deyil. İndiki Zəngəzurda yerləşən kiçik bir ərazini əhatə edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar