Xəbər lenti
Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…

Manevr.az xəbər verir ki, Q.Həsənquliyev prezident seçiləcəyi halda bu qərarları verəcəyini bildirib:
- parlamentə Xankəndi üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi göndərəcək;
- Konstitusiya islahatları nəticəsində dövlətin adını dəyişib, Şimali Azərbaycan Cümhuriyyəti adlandırılmasına nail olacaq;
- ölkə 15 inzibati ərazi vahidə – regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət Məclisləri olacaq və region rəhbərləri həmin Məclisdə seçiləcək;
- ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutu tətbiq edəcək. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək;
- ədliyyə naziri və Baş prokuror vəzifələri birləşdiriləcək, vahid Dövlət İstintaq Komitəsi formalaşdırılacaq.
- qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək;
- pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq;
- ailələrə “uşaqpulu” deyilən aylıq müavinətlər veriləcək;
- müqavilə əsasında peşəkar ordu qurulacaq, çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək, ya da 6 ay hərbi xidmət keçəcək;
- peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcək;
- büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq;
- təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar