Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi, Ukrayna və Moldova ilə danışıqlara başlanılması bu ölkələrin təşkilata üzvlüyünə zəmanət vermir.
Manevr.az report-a istinadən xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib."Namizəd statusunun verilməsi o demək deyil ki, onlar Avropa İttifaqına üzv olacaqlar. Bu prosesə start verildikdən sonra o, daha da uzanacaq", - o bildirib.
Prezident qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə indi diqqətlə yenidən baxmalıdır: "Türkiyə Aİ-yə üzv olmağa digər ölkələrlə müqayisədə daha hazırdır. Lakin siyasi maneələrə görə biz uzun illər gözləmək məcburiyyətində qalmışıq".
Xəbər lenti
Ərdoğan: “Bu, ölkələrin Aİ üzvlüyünə zəmanət vermir”

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar