Xəbər lenti
Tanınmış şair Fazil Mustafanın seçkilərdə vəkili olacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Artıq namizədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri başlayıb, bununla səlahiyyətli nümayəndələr, vəkillər seçiləcək.
Tanınmış şair, yazıçı Aqşin Yenisey də prezidentliyə namizədliyini irəli sürən Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın vəkili olacağı deyilir.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı olaraq deputat Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Aqşin Yenisey Azərbaycanın ən dəyərli yazıçılarından, düşüncə adamlarından biridir:
“Amma elə bir müzakirəmiz olmayıb. Tanınmış insanların bir qisminin bizə müraciətləri əsasında müzakirələr aparırıq. Bütövlükdə, öz çağırışımızla siyasi proseslərə insanları qoşmağı məqsədəuyğun hesab etmirik.
Çünki insanların öz çalışma sahələri var, onları öz işlərindən yayındırmaq doğru deyil. Həmin şəxslər intellektual bir cinahın təmsilçiləridir və onların da dövlət, cəmiyyət, xalq üçün ayrıca missiyaları var. Ona görə də insanların fayda verdikləri sahələrdə çalışmasına stimul vermək lazımdır”.
Deputat qeyd edib ki, vəkilliklə bağlı qərarlarını və konkret şəxslərlə bağlı münasibətlərini hələ müəyyənləşdirməyiblər.
Xatırladaq ki, "Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında" Qanunn 10-cu maddəsinə görə, Azərbaycan Respublikası Prezidentliyinə namizədin vəkilləri olur:
Azərbaycan Respublikası Prezidentliyinə namizədin iyirmi nəfərədək vəkili ola bilər; vəkillər seçki kampaniyasını keçirməkdə ona kömək göstərir, onun Azərbaycan Respublikası Prezidenti seçilməsi lehinə təşviqat aparır, dövlət orqanları və ictimai orqanlar, seçki komissiyaları ilə münasibətlərdə onun mənafeyini təmsil edirlər.
Azərbaycan Respublikası Prezidentliyinə namizədin təqdimatı üzrə onun vəkilləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar.
Azərbaycan Respublikası Prezidentliyinə namizədin vəkilləri seçkiqabağı kampaniyanın keçirildiyi dövrdə seçkilərin keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılın vəsait hesabına iş yerində orta əmək haqqı saxlanılmaqla istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilə bilərlər.
Azərbaycan Respublikası Prezidentliyinə namizədin və-killəri Azərbaycan Respublikası xalq deputatlığına namizədin vəkilləri üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş hüquqlardan istifadə edilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar