Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“COP29”-un Azərbaycanda keçirilməsi qərarı beynəlxalq nüfuzun göstəricisidir” – Millət vəkili

Tarix: 18-12-2023 12:50     Baxış: 4233 A- / A+


“COP29” beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında qərar ölkəmizə beynəlxalq birlik tərəfindən gösrətilən yüksək etimad və inamın, eyni zamanda, Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir”.
Manevr.az bildirir ki, bu sözləri Turkustan.az-a Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkili qeyd edib ki, bəzi Qərb dairələrində Azərbaycana qarşı qərəzli münasibət davam etsə də, dünya birliyinin yekdil qərarları ilə hamı hesablaşmaq məcburiyyətindədir: “44 günlük müharibədən sonra Azərbaycana qarşı başlanan kampaniya antiterror əməliyyatından sonra daha da artmağa başlayıb. Cənab Prezidentin qeyd etdiyi kimi, bu məsələ Fransa öncül rolda çıxış edir və bəzən Azərbaycana qarşı az qala Ermənistan hökumətindən daha sərt mövqe nümayiş etdirirlər. Bu da onu göstərir ki, bəzi Qərb dövlətləri hələ də orta əsrlərə xas “səlib yürüşü” anlayışı ilə yaşayırlar. Erməniləri, Ermənistanı isə müsəlman-türk dövlətlərinə qarşı vasitə kimi istifadə edirlər. Bu gün bölgədə sülh və inkişaf istəyən dövlətlər ancaq hər iki ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasından danışırlar. Azərbaycanın da məqsədi bölgədə təhlükəsizliyin təmin olunması, nəqliyyat əlaqələrinin açılmasıdır. Azərbaycan sülhü təklif və tərənnüm edir. “COP29” sessiyasının ölkəmizdən keçirilməsi ideyası həm də bununla bağlıdır”.
A.Məmmədov əmin olduğunu bildirib ki, ölkəmiz bu mühüm beynəlxalq tədbiri layiqincə keçirə biləcək: Azərbaycanın iri beynəlxalq tədbirləri keçirməsi ilə bağlı artıq yetərincə təcrübəsi var. Bu məsələdə Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə aparılan uğurlu təşkilati işlər hər zaman Azərbaycanın təcrübəsini örnəyə çevirib. Bu baxımdan, “COP29”-un da uğurla keçiriləcəyinə əminəm. Eyni zamanda, bu prosesdə bütövlükdə cəmiyyətin də aktiv iştirakı zəruridir. Nəzərə alsaq ki, iki həftə müddətində ölkəmizə yüz minə yaxın əcnəbi qonaq gələcək, bu prosesdə istimai-siyasi təşkilatların, QHT və medianın ölkəmizi təbliğ və tanıtmaq üçün ciddi fəaliyyətinə ehtiyac olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar